“Elmimizin indiki durumu ilə Nobel mükafatına yaxınlaşmaq mümkün deyil” – Etibar Əliyev

“Elmimizin indiki durumu ilə Nobel mükafatına yaxınlaşmaq mümkün deyil” – Etibar Əliyev

Hazırda oxunan: “Elmimizin indiki durumu ilə Nobel mükafatına yaxınlaşmaq mümkün deyil” – Etibar Əliyev

168993

Dünyanın ən prestijli elm mükafatlarından biri sayılan Nobel hər il müxtəlif ölkə və nominasiyalar üzrə təqdim edilir. Azərbaycan alimlərinin isə bu nüfuzlu mükafatı qazanacağı hələlik, arzu olaraq qalır.

Araşdırmalarıımıza görə, indiyə qədər cəmi iki azərbaycanlı Nobel mükafatına layiq görülüb. Belə ki, 1962-ci ildə Lev Landau Sovet-Azərbaycan fiziki kimi bu mükafata layiq görülüb. 2005-ci ildə isə Bəxtiyar Siracov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində çalışan bütün digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasında olub.

Bəs, son illərdə Nobel mükafatı qazanan alimlərimiz niyə yetişmir?

Millət vəkili Etibar Əliyev Bizim.Media-ya bildirib ki, bu mükafat çox böyük kəşflərə verilir:

“Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Məsələn, rentgen şüalarının, qan qrupunun, antibiotiklərinin, DNK-nın, yeni kimyəvi elementlərin və s. kəşfinə verilib. O ki qaldı Azərbaycan alimlərinin Nobel almamasına, bir faktı qeyd edim, buradan nəticə çıxarmaq olar. Məsələn, Sovet tibbinin nümayəndələri Nobel mükafatına layiq görülməyib. Nobeli alanlara diqqət yetirsən, böyük məktəbləri, universitetləri bitiriblər, laboratoriyalarda işləyiblər. Yəni alimlərin birgə çalışmaları çox böyük və yeni texnologiyalarla təchiz edilmiş laboratioriyalara ehtiyacı var.

Elm adamları üçün geniş şərait yaradılmalıdır.

Məsələn, türkiyəli alim Əziz Sancar Nobeli özü ilə birlikdə iki alimlə qazanıblar. Yəni alimlər birlikdə işləməlidirlər. Azərbaycanda isə elmin indiki durumu ilə Nobelə yaxınlaşmaq mümkün deyil. Dünyada dəyəri yüz milyonu ötən laboratoriyalar var. Ölkəmizdəki labaratoriyalar isə Sovet dövründən qalıb. Biz hazırda erkən yaşlarında uşaqların öz istedadını üzə çıxarmasına şərait yaratmalıyıq. Şagirdlərin texniki elmlərə yönəlməsinə dəstək olmaq lazımdır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO