Bu gün Ağdam şəhərində “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfrans işə başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçısı Dövlət Turizm Agentliyidir.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.
Tədbirdən öncə Ağdamdakı Memorial Xatirə Kompleksi ziyarət edilib, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq kompleksin önünə gül dəstələri düzülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 14.12.2023
Ağdamda turizmlə bağlı konfrans KEÇİRİLİR
Hazırda oxunan: Ağdamda turizmlə bağlı konfrans KEÇİRİLİR
Hazırda oxunan: Ağdamda turizmlə bağlı konfrans KEÇİRİLİR
168966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.