İlahiyyatçıdan pandemiya dövründə oruc tuta bilməyənlər üçün vacib AÇIQLAMA

İlahiyyatçıdan pandemiya dövründə oruc tuta bilməyənlər üçün vacib AÇIQLAMA

Hazırda oxunan: İlahiyyatçıdan pandemiya dövründə oruc tuta bilməyənlər üçün vacib AÇIQLAMA

16888

Məlum COVİD-19 pandemiyası hazırda dünyanı ağuşuna alıb. Həkimlər tövsiyyə edirlər ki, insanlar immuniteti güclü saxlamalıdırlar. Xüsusən də bu il orucluq yaz ayları ərəfəsinə düşür.

Yazda da insanların qan dəyişən vaxtıdır. Fəsil dəyişən ərəfədə insan orqanizmi də xəstəliklərə həssas olur.
 

MÖVZU İLƏ BAĞLI:

Ramazanda həm oruc tutun, həm də kilo verin – Məsləhətlər


Bu sözləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, Quran hökmlərinə əsasən xəstəliyə yoluxma ehtimalı olan insanlara oruc tutmaq qadağandır:
 

“Həkim məsləhət görməsə belə, zəifləyərək xəstəliyə yoluxma ehtimalı olan şəxs oruc tutmaya bilər.


Əgər oruc tutarsa, xəstəliyə yoluxacağını, hətta yoluxarsa həyatına təhlükə yaranacağını təxmin etsə, tutduğu oruc haram və batildir. Çünki Quranda Allah təala cana, bədənə, həyata təhlükə yaradan amilləri qadağan edib. Quranda insanın özünü, sağlamlığını təhlükəyə atması qadağan edilir. Canın, bədənin Allah tərəfindən əmanət verildiyi deyilir”. 

İlahiyyatçı əlavə edir ki, nəticə olaraq deyə bilərəm ki, hazırkı durumda ölkəmizdə yaşayan müsəlmanların xəstəliyə yoluxma qorxusu olan qismi oruc tutmaya bilərlər:

“Amma pandemiya aradan gedəndən sonra qəza orucu tutmalı, tutmadıqları hər günə görə kəffarə və ya fidyə verməlidirlər.
 

Yəni şəriətdə müəyyən edilmiş sədəqə vergisi. Ümumiyyətlə din hər mövzuya aid hökm verəndə o sahənin mütəxəssis rəyinə nəzər yetirməyi vacib hesab edir. Bu amil də tibbə aid olduğu üçün burada əsasən həkimlərin rəyi alınır.


Həkim icmasının, kollektiv rəyinin nəticəsi elə hesab edin ki, dinin də dediyidir. İslam dini heç zaman elmin, həqiqətin, reallığın əksinə getmir. Xurafatçılar, din dəllalları insanları çaşdırmamalıdır”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO