2023-cü ildə qazandığımız HƏRBİ UĞURLAR 

2023-cü ildə qazandığımız HƏRBİ UĞURLAR 

Hazırda oxunan: 2023-cü ildə qazandığımız HƏRBİ UĞURLAR 

168848

“44 günlük Vətən savaşının son akkordlarını məhz 2023-cü ildə vurduq. Bu mənada 2023-cü ilin baş qəhrəmanı Azərbaycan Ordusudur”.

Bizim.Media-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Azərbaycanda 2023-cü ilin hansı hərbi uğurlarla yaddaşlarda qaldığı haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, bu il Qarabağla bağlı əldə olunan uğurlarımızın mütləq əksəriyyəti Silahlı Qüvvələrimizlə bağlı olub: 

“2023-cü il hərbi baxımdan ölkəmiz üçün çox böyük uğurlarla yadda qaldı. 44 günlük Vətən müharibəsi ilə başlanan və vaxt tələb etdiyindən 2023-cü ilə qədər uzanan əsas işlərimiz məhz bu il yekunlaşdı. Sentyabrın 19-20-i arasında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrin tərksilah edilməsinə və ərazimizdən çıxarılmasına nail olduq. 

Nəticədə həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdıq. Beləliklə, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə də Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Separatizmə, terrora xidmət edən, revanşist qüvvələrə rəhbərlik edənlər də saxlanılaraq məhkəməyə cəlb edilirlər. Bu prosesdə də Ordumuzun xidmətləri var.

Digər tərəfdən, Ermənistan piyada əleyhinə mina istehsalçısıdır. Azərbaycan onların bu çirkin əməlinin qarşısını da böyük miqyasda bloklayıb. Habelə, bu il Ordumuzun əsas prioritetlərini müəyyənləşdirdik. Onun əməliyyat taktiki fəaliyyətində yeni baxış bucaqları formalaşdı. 
Hərbi sahədə əldə etdiyimiz qələbənin arxasında dövlət siyasəti dayanır ki, onun da aparıcı qüvvəsi Ali Baş Komandan İlham Əliyevdir”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO