AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Bizim.Media xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib.
Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəllimi, dosenti, dekan müavini, tədris işləri üzrə prorektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:09 / 05.04.2021
Misir Mərdanova vəzifə verildi
Hazırda oxunan: Misir Mərdanova vəzifə verildi
Hazırda oxunan: Misir Mərdanova vəzifə verildi
16882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.