Bu gün Bakı və İrəvan Qazaxla sərhəddə əsirləri DƏYİŞDİRƏCƏK 

Bu gün Bakı və İrəvan Qazaxla sərhəddə əsirləri DƏYİŞDİRƏCƏK 

Hazırda oxunan: Bu gün Bakı və İrəvan Qazaxla sərhəddə əsirləri DƏYİŞDİRƏCƏK 

168819

Bu gün Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonu ərazisində əsir mübadiləsi aparacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “haqqin.az” teleqram kanalında yer alıb. 

Azərbaycan 32, Ermənistan isə 2 hərbi qulluqçunu geri qaytaracaq. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. 
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO