Bakıda yaşlı qadın gölməçədə öldü – VİDEO  

Bakıda yaşlı qadın gölməçədə öldü – VİDEO  

Hazırda oxunan: Bakıda yaşlı qadın gölməçədə öldü – VİDEO  

168814

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub. 

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb. 

Nəticədə ərazidə böyük gölməçə meydana gəlib. 

Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. 

Ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO