İşğaldan azad olunmuş ərazilərdə bərpa prosesi iddialı və tarixi layihədir. Burada hər şey yenidən qurulur. Ağdam şəhərində Bərdə-Ağdam yolu yekunlaşmaq üzrədir. Ağdam-Füzuli, Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmir yolunun inşasının yekunlaşması gözlənilir və ərazidə “AzərEnerji” ASC tərəfindən iki yarımstansiya istifadəyə verilib.
“Böyük Qayıdış Proqramına uyğun olaraq 2026-cı ilin sonunadək 5 yaşayış məhəlləsi inşa olunacaq, 12 kənd salınaraq əhaliyə təhvil veriləcək.
Həmçinin tarixi-mədəni abidələrimiz bərpa olunur. Burada mərkəzi meşə parkları layihələndirilir və yaxın günlərdə inşasına başlanılacaq. Bütün şəhərlərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq açıq səma altında Zəfər muzeyləri inşa olunacaq.
Ağdam sənaye şəhəri kimi tanınıb. Şəhərdə zavod və fabriklərin inşasına başlanılıb və növbəti il bir neçəsinin açılışı gözlənilir. İş yerləri yaradılacaq və məskunlaşacaq əhalinin işlə təmin olunması həyata keçiriləcək”, - deyə Bəşir Hacıyev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 13.12.2023
Bərdə-Ağdam dəmir yolunun inşası yekunlaşır
Hazırda oxunan: Bərdə-Ağdam dəmir yolunun inşası yekunlaşır
Hazırda oxunan: Bərdə-Ağdam dəmir yolunun inşası yekunlaşır
168805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.