Şəkidə şəhidin xatirəsinə həsr olunan film təqdim olundu – FOTO  

Şəkidə şəhidin xatirəsinə həsr olunan film təqdim olundu – FOTO  

Hazırda oxunan: Şəkidə şəhidin xatirəsinə həsr olunan film təqdim olundu – FOTO  

168799

Şəki Dövlət PeşəTəhsili Mərkəzində Vətən müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunan "Ölümsüzlər" filminin təqdimatı olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təqdimatda şəhid ailələri, şəhər ictimaiyyəti, tələbələr iştirak ediblər. 

Çıxış edənlər Vətən müharibəsindən, şanlı ordumuzun, qəhrəmanlarımızın göstərdikləri şücaətlərdən danışıblar. Vurğulanıb ki, şəhidlərin şərəfli ömür yolu gənclərimizə örnəkdir.

Məhz bu baxımdan şəhidlərin xatirəsinə həsr olunan, onların həyatından bəhs edən filmlərin vətənpərvər ruhlu vətəndaş yetişdirilməsində xüsusi önəmi var. Rəsmi hissədən sonra filmə ictimai baxış olub. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO