Ölkənin ən böyük üç şəhərində havanın keyfiyyət göstəriciləri AÇIQLANIB

Ölkənin ən böyük üç şəhərində havanın keyfiyyət göstəriciləri AÇIQLANIB

Hazırda oxunan: Ölkənin ən böyük üç şəhərində havanın keyfiyyət göstəriciləri AÇIQLANIB

168710

Gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə hava keyfiyyət göstəriciləri sanitar norma daxilində müəyyən edilib.

Yağıntılı hava şəraiti havanın keyfiyyətinə öz müsbət təsirini göstərərək əlverişli edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO