DSX-nın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

DSX-nın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Hazırda oxunan: DSX-nın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

168704

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti anım günü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qurumun Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, müasir dövlətçiliyimizin və yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq məzarı üzərinə gül dəstələri qoyulub.

Xidmətin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə güllər düzüblər.

DSX-in aparatında keçirilən tədbirdə iştirakçılar əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, onun apardığı uğurlu siyasət sayəsində Azərbaycanın dünyada tanınan nüfuzlu dövlətə çevrildiyini vurğulayıblar.

Dövlət idarəçiliyində və siyasətdə hər zaman xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Vətən müharibəsində qazanılan şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu xüsusi diqqətə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sonda Ümummilli Liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO