Bərdə-Ağdam dəmiryolunda işlərin 85 faizi icra olunub

Bərdə-Ağdam dəmiryolunda işlərin 85 faizi icra olunub

Hazırda oxunan: Bərdə-Ağdam dəmiryolunda işlərin 85 faizi icra olunub

168683

Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə yerinə yetirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdam şəhərinə qədər dəmiryolu xətti çəkilib və işlərin bütövlükdə 85 faizi icra olunub. QSC sədri onu da əlavə edib ki, son qalan işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır.

"Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmiryolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihə sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib", - deyə R. Rüstəmov qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO