“Azad olunmuş ərazilərdə toplam potensial əkin sahəsi 160 min hektara yaxındır. Nə qədərinin əkin üçün istifadəsini zaman göstərəcək. Çünki əvvəlcə iqlimi və torpağı öyrənməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib. Onun sözlərinə görə işğaldan azad olunmuş ərazilərdə əkin və torpaq islahatlarının həyata keçirilməsinin hazırda yekun mərhələsidir:
“Torpaq islahatlarının yekun qərarından sonra tədbirlər ona müvafiq olaraq həyata keçiriləcək. Hazırda müəyyən əkinlər həyata keçirilib. Təssüf ki, son bir neçə ildə dəmiyə əkinləri öz müsbət nəticələrini verməyib”.
İşğaldan azad olunmuş ərazilərdə vətəndaşlara pay torpaqlarının nə vaxt verilməsi məsələsinə gəlincə nazir əlavə edib ki, bu, torpaq islahatları ilə bağlı qərar verildikdən sonra məlum olacaq.
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 12.12.2023
Qarabağa köçənlərə pay torpaqları necə VERİLƏCƏK? – Nazirdən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Qarabağa köçənlərə pay torpaqları necə VERİLƏCƏK? – Nazirdən AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Qarabağa köçənlərə pay torpaqları necə VERİLƏCƏK? – Nazirdən AÇIQLAMA - VİDEO
168645
Məhərrəm Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.