“Heydər Əliyevin prezidentliyi dövründə müavinətlər 8 dəfə artıb” – Sahil Babayev 

“Heydər Əliyevin prezidentliyi dövründə müavinətlər 8 dəfə artıb” – Sahil Babayev 

Hazırda oxunan: “Heydər Əliyevin prezidentliyi dövründə müavinətlər 8 dəfə artıb” – Sahil Babayev 

168639

“Ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində, 2003-cü ilə qədər Azərbaycanda orta aylıq əməkhaqqı 6 dəfə, pensiya və müavinətlər 8 dəfə artıb. Bunun özüü qısa bir dövr üçün çox yüksək göstəricilərdir”.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Heydər Əliyev şəxsiyyəti tək Azərbaycan dövlətçiliyinin quruculuğu ilə yox, həm də ölkəmizin sosial siyasətinin müəyyən olunması ilə hafizələrdə qalıb:

“Ulu öndərimiz azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır. Ulu öndərimiz Azərbaycanda məşğulluq, əmək münasibətləri, sosial müdafiə və sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir.
Onun rəhbərilə hazırlanmış 1995-ci il konstitusiyası ilə də azərbaycan dövləti ən yüksək səviyyədə əhalinin rifahına, sosial təminat və sosial müdafiəsinə öz məqsədi kimi bəyan edib. Bu gün də cənab prezidentin rəhbərliyi altında ulu öndərimizin yaratdığı sosial konsepsiya davam etdirilir. Azərbaycan vətəndaşının rifahı, sosial müdafiəsi və məşğulluq imkanlarının genişləndirilməsi dövlət siyasətinin tərkib hissədir”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO