Azərbaycanın ev sahibliyi edəcəyi COP29 gələn ilin noyabr ayında keçiriləcək

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 gələn ilin noyabr ayında keçiriləcək

Hazırda oxunan: Azərbaycanın ev sahibliyi edəcəyi COP29 gələn ilin noyabr ayında keçiriləcək

168554

“COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda keçirilən COP28 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla ilə bağlı məsələlərə Azərbaycan platformasında baxılacağını vurğulayan nazir COP29-a hazırlıq işlərinin artıq başladığını deyib. O qeyd edib ki, Azərbaycan çox mürəkkəb və rəqabətli bir prosesdə uğur qazana bilib.

M.Babayev əlavə edib ki, COP29 gələn ilin noyabr ayında keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO