Sayt rəhbəri şantaja görə HƏBS EDİLDİ

Hazırda oxunan: Sayt rəhbəri şantaja görə HƏBS EDİLDİ

168544

Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az" xəbər saytının rəhbəri Hümbətov İbrahim Qubad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.
Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO