Biləsuvar sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLÜB - FOTO

Hazırda oxunan: Biləsuvar sakinlərindən qanunsuz odlu silahlar GÖTÜRÜLÜB - FOTO

168542

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladığı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bundan əlavə,sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO