Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilmişdir.
Bu barədə Bizim.Media-ya "BakuBus"un mətbuat katibi Əsmər Rzayeva məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA – “Üzr istəyirik”
“Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün avtobusu tərk edərək sərnişinləri yolda saxlaması ilə bağlı xəbər yayılmışdı.
Sürücünün verdiyi məlumata görə özünü pis etdiyindən avtobusu saxlayaraq sərnişinlərə məlumat verib və avtobusu tərk edib. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydaların kobud pozuntusuna yol vermiş, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırıb.15 dəqiqədən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirib.
Bundan sonra "BakuBus" da sürücünün hərəkəti üzrə daxili araşdırma aparıldığına dair məlumat yayılmışdı.
Bizim.Media