Xəbər verdiyimiz kimi 11 dekabr uşaqların beynəlxalq televiziya və radio verilişləri günüdür. Bu günün ənənəsinə görə, televiziyalar heç olmasa ildə bir gün bütün verilişlərini uşaqlara həsr etməlidirlər. Çünki uşaqlar bizim gələcəyimizdir.
Bəs, bu gün televiziyalar uşaqlar üçün nə qədər əlçatandır?
Suala teletənqidçi, professor Qulu Məhərrəmli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq televiziya və radio verilişləri günü ona görə təsis edilib ki, televiziyalar tamaşaçıların bir hissəsi olan uşaqlar üçün xüsusi diqqət ayırsınlar:
“Yəni, uşaqlar üçün mütəmadi olaraq maraqlı verilişlər hazırlasınlar. Yəni televiziyaların proqram siyasətində uşaqların da maraqları, istəkləri nəzərə alınsın.Televiziya uşaqları gələcəyə normal insan, cəmiyyətə isə layiqli bir vətəndaş kimi hazırlaya biləcək bir rupordur. Nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində və hətta 2000-ci illərin əvvəllərində televizyalarda və radiolarda maraqlı uşaq verilişləri olub. Yadımdadır ki, “AzTV”, “İTV” və digər televiziyalarda maraqlı, maarifləndirici uşaq verilişləri var idi.
İndi də müəyyən verilişlər gedir.
Hətta “ARB”nin ayrıca uşaq telekanalı -“ARB Günəş” var. Amma baxırsan ki, “Günəş” istənilən effekti vermir. Ola bilsin ki, bu maliyyə problemi ilə bağlıdır.
Nəzərə alaq ki, normal uşaq verilişlərinin hazırlanması üçün böyük maliyyə lazımdır. Bu istiqamətdə özəl təşkilati işlər aparılmalıdır. Uşaq psixologiyasını bilən yaxşı aparıcılar lazımdır. Bu cür yaxşı aparıcılar bizdə hər zaman olub. Bəlkə də bu çətinliklərə görə televiziyalar uşaq verilişlərindən qaçırlar”.
“Uşaqlara xüsusi yer ayrılmalıdır”
Qulu Məhərrəmli onu da əlavə edib ki, beynəlxalq televiziya və radio verilişləri günü həm də bizim yadımıza salır ki, “uşaqlar bizim gələcəyimizdir” şüarının arxasında əməli iş dayanmalıdır:
“Televiziyalar uşaqlara xüsusi yer ayırmalıdırlar. Xüsusilə də Dövlət Büdcəsindən maliyyələşən televiziyalar maraqlı uşaq verilişləri hazırlamağa borcludurlar. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət ayırsın. Komitə televiziyalarla iş birliyinə getməlidir. Bundan bütün cəmiyyətimiz qazanar”.
Surxay Atakişiyev, Bizim.Media
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 11.12.2023
Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ – “Televiziyalar uşaq verilişlərindən qaçırlar”
Hazırda oxunan: Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ – “Televiziyalar uşaq verilişlərindən qaçırlar”
Hazırda oxunan: Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ – “Televiziyalar uşaq verilişlərindən qaçırlar”
168518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.