Psixoloqa kişilər, yoxsa qadınlar daha çox MÜRACİƏT edir? – Maraqlı AÇIQLAMA 

Psixoloqa kişilər, yoxsa qadınlar daha çox MÜRACİƏT edir? – Maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Psixoloqa kişilər, yoxsa qadınlar daha çox MÜRACİƏT edir? – Maraqlı AÇIQLAMA 

168509

Son zamanlar psixoloqa müraciət edənlərin sayı artıb. Bunu sözügedən peşə sahiblərinin aktivliyindən, sosial şəbəkələrdəki müzakirələrdən görmək mümkündür. Daxili narahatlıqlarından qurtulmaq istəyənlər daşıdıqları yükü psixoloqun “ovcuna qoyub” sakitlik tapacaqlarını düşünürlər. 

Maraqlıdır psixoloqa ən çox hansı cinsin nümayəndələri üz tutur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova daha çox qadınların psixoloqların xidmətlərindən istifadə etdiklərini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

“Problem övladın cinsində yox, valideynin verdiyi tərbiyədədir” – PSİXOLOQ 


“Bu gün müraciət edənlər daha çox qadınlardır. Kişilərin çoxu psixoloqa müraciət etmək istəmir. Ona görə ki, Azərbaycan psixologiyasında kişilər düşünürlər ki, ancaq dəlilər psixoloqa müraciət edə bilər, psixoloqa müraciət edən kişiyə zəif, aciz kimi baxırlar. Bu səsəbdən kişilər yox, daha çox qadınlar gəlir. Öz təcrübəmdən deyim ki, cədvəlimdə kişilər azlıq təşkil edir. Daha çox müraciət edənlər qadınlar və gənclərdir”.

Psixoloq kişilərin daha çox əsəbilərini cilovlamaq üçün yardım almaq istədiklərini bildirib:

“Kişilər boşanma səbəbilə deyil, ancaq əsəb, gərginlik, stress faktoruna görə müraciət edirlər. Çoxlarının məsələsi posttravmatik olur, yəni avto qəzalardan sonra yaranan narahatlıqla bağlı yardıma ehtiyac duyurlar. Yuxusuzluq, gərginlik, davranışlarını kontrol edə bilməmək səbəbi ilə müraciət edənlər daha çoxdur”.

Onun sözlərinə görə, ümumi müraciətlərin çoxu boşanmalarla bağlıdır:

“Hazırda ən çox müraciət boşanmalarla bağlıdır. Boşanmalardan əlavə cütlüklərdir. Hansı ki, münasibətlərini düzgün şəkildə qura bilmirlər, aralarında tez-tez konfliktlər düşür. Son dönəmdə boşanmış ailələrin övladları ilə işləyirik. Hansı ki, o uşaqlarda bir çox psixoloji fəsadlar olur.

Çünki Azərbaycanda hələ də insanlar ər və arvad olaraq boşanır, ata və ana olaraq boşanmır. Boşananadan sonra ana uşağı ataya göstərmək istəmir, ana ilə ata düşmən olur. Ana uşağın atasını ona pis təqdim edir, bu da uşağın özgüvəninin düşməsinə, dərin depressiya yaşamasına və bir sıra problemlərə yol aça bilir”.

Psixoloq deyib ki, bəzən də psixoloqa insanı o həddə çatdıranlar yox, onların davranışlarından əziyyət çəkənlər müraciət edir:

“Ümumilkdə deyim ki, psixoloqa əsas problemi olan insanlar gəlmir. Əsl problemi olan insanlar evdədir. Onlar, sadəcə, insanı elə bir həddə çatdırırlar ki, adam depresiyaya düşür, narahat olur. Əsl pasiyent isə onun ətrafında və evində olur. Hansı ki, onlar psixoloji problemli insandırlar və onlarla birgə yaşayan əziyyət çəkir”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO