Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrinin işi MƏHKƏMƏYƏ göndərildi

Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrinin işi MƏHKƏMƏYƏ göndərildi

Hazırda oxunan: Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrinin işi MƏHKƏMƏYƏ göndərildi

168504

Aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri ilə barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Lənkəran rayon prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran bələdiyyə sədrinin adı CİNAYƏTDƏ – İki il əvvəl ölən şəxsin təqaüdünü necə MƏNİMSƏYİB? – FOTOFAKT 


Toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, məsələ ilk dəfə Bizim.Media-da ictimailəşib.

Lənkəran rayon prokurorluğunda ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib. 

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.

Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı saytımıza verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.  

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. 

Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. 
Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib. Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb. Saxta ölüm kağızınıın isə  yeni işə götürdüyü işçisisinin texniki səhvə yol verdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO