Şəkidə qızılcaya yoluxmada artım müşahidə edilir. Ötən həftənin statistikası olduqca həyəcanverici və narahatlıq doğurandı.
Bizim.Media-nın yerli bürosu Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, ötən həftəyə kimi rayonda qızlcaya yoluxanların sayı 575 nəfər olub.
Aktiv yoluxma sayı isə 347 nəfərdir. Qızılca ilə bağlı vəziyyət hər keçən gün daha təhlükəli hal alır. Geniş yayılan virus məktəblərdəki davamiyyətə də öz təsirini göstərir.
Şəkinin 8 nömrəli tam orta məktəbində artıq 32 şagird qızılcaya yoluxub. Məktəb rəhbərliyinin sözlərinə görə, yoluxma xəbərləri təsirini göstərib, 2 sinifdə uşaqların dərsə davamiyyəti pozulub. Valideynlər qorxduqlarından övladlarını məktəbə buraxmaq istəmirlər.
Hətta adi qripə yoluxanlar belə dərsə gəlməkdən ehtiyat edir. Şəki-Zaqatala Regional Təhsil idarəsindən verilən məlumata əsasən, yoluxucu xəstəliklərlə əlaqədar təhsil ocaqları və uşaq bağçalarında profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır.
Şagirdlər məktəbə daxil olarkən hərarətləri ölçülür və əlləri dezinfeksiya edilir. Lakin hər keçən gün rayonda qızılca xəstəliyinə yoluxmanın artması narahatedici fakt kimi qalır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 11.12.2023
Şəkidə qızılcaya yoluxmada ARTIM: 575 nəfər...
Hazırda oxunan: Şəkidə qızılcaya yoluxmada ARTIM: 575 nəfər...
Hazırda oxunan: Şəkidə qızılcaya yoluxmada ARTIM: 575 nəfər...
168488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.