“Qarabağı görən EV” – Tərtərdəki bəy imarətinin MARAQLI TARİXÇƏSİ – REPORTAJ/FOTO 

“Qarabağı görən EV” – Tərtərdəki bəy imarətinin MARAQLI TARİXÇƏSİ – REPORTAJ/FOTO 

Hazırda oxunan: “Qarabağı görən EV” – Tərtərdəki bəy imarətinin MARAQLI TARİXÇƏSİ – REPORTAJ/FOTO 

168463

Azərbaycanın görkəmli yazıçısı Nəcəf bəy Vəzirov nəslinin nümayəndəsi Abbas bəyə məxsus tikili görənlərin diqqətini cəlb edir. Tərtər rayon Zolgörən kəndi ərazisində yerləşən binanın memarlıq üslubu, tikildiyi ərazinin xüsusi seçilməsi heç də təsadüfi deyil.

Bura “Qarabağı görən ev” də deyirlər...

Azərbaycanın digər tarixi-mədəni tikililəri kimi Abbas bəy Vəzirovun da imarətinin təyinatı dəyişdirilib. 


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinin Tərtər rayonu üzrə baş mütəxəssisi Kəmalə Abbaszadə bildirir ki, sovetlər birliyi yarandıqdan sonra imarətlə bərabər bəyin kənd ərazisindəki bütün mülkiyyəti əlindən alınıb: 

"Abidənin 1935-ci ildə tikildiyi bildirilir. Abidənin sahibi Abbas bəy Zolgörən kəndinə sahib olub. Buradakı zavod, kəhrizlər və bütün ərazilər demək olar ki, Abbas bəyin mülkiyyətində olub.

Sovetlər dönəmində bütün bəylər kimi Abbas bəyin də mülkiyyəti əlindən alınıb. 1933-57-ci illərdə Moskvanın təhkimi altında aqroseleksiya stansiyası kimi fəaliyyət göstərib. Sonralar həmin stansiya ləğv olunaraq onun yerinə Əkinçilik üzrə Elmi Tədqiqat İnstitutu yaradılıb". 


Daha sonra bəyin imarəti başqa təyinat üzrə istifadəyə verilib. 

Son illərə qədər bina Zolgörən kənd kitabxanası kimi fəaliyyət göstərib. Uzun müddət istifadə edilməsinə baxmayaraq, baxımsız qalan tarixi abidədə 2020-ci ilin yanvar ayında restavrasiya işləri aparılıb. 

Əzəmətli görünüşü bərpa edilən abidə hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutunun Tərtər bölgə təcrübə stansiyasının inzibati binası kimi istifadə olunur.

Nəcəf bəy Vəzirovun əmisi oğlu Abbas bəyin imarətinin diqqəti cəlb edən digər maraqlı tərəflərindən biri də tikilinin üst mərtəbəsindən bütün Qarabağın, xüsusilə də Şuşanın görünməsidir. Elə "Zolgörən" adı da buradan qalıb. 


Deyilənlərə görə, bəy burada əvvəllər mövcud olmuş eyvandan doğulduğu Şuşa şəhərinə və Qarabağ dağlarına baxırmış. Lakin müsadirədən sonra ruslar həmin eyvanı sökərək ləğv ediblər. 

Hava şəraitinin imkan əlverişsiz olması Bizim.Media-nın kameralarının məhz həmin pəncərədən Şuşanı görməsinə mane oldu. Ancaq həqiqətən də, buradan azad Qarabağ bir düz xətt üzrə görünür. 

Qarabağın növbəti tarixi ünvanlarında görüşənədək... 




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO