“Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil” – NAZİR 

“Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil” – NAZİR 

Hazırda oxunan: “Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil” – NAZİR 

168451

"Orta məktəb attestatı ilə uşaqların inkişafı ilə məşğul olmaq arzuolunan deyil. Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səmərəlilik səviyyəsi artsın". 

Bizim.Media xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə  keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O, sözlərinə belə davam edib:

"Unutmayaq ki, uzun müddət məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Xeyli vaxtdır ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlamırıq. Yəqin ki, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.
Bundan sonra kim işləyirsə təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olmalıyıq".

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO