"Orta ixtisas təhsilli bağça müəllimlərinin işləməsinə icazə verilməyəcək” - Emin Əmrullayev 

Hazırda oxunan: "Orta ixtisas təhsilli bağça müəllimlərinin işləməsinə icazə verilməyəcək” - Emin Əmrullayev 

168445

Məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.

Bizim.Media xəbər verir k, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ailətipli məktəbəqədər təhsil modeli TƏTBİQ OLUNACAQ – NAZİR 


Nazir hesab edir ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq:

“Gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək. Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq. Bu vaxta qədər işə qəbul olunmuş orta ixtisaslı şəxslər çalışacaq. Onların fəaliyyətinə heç bir müdaxilə edilməyəcək.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO