Türkiyədə torpaq sürüşməsi: Ana və oğlu öldü

Türkiyədə torpaq sürüşməsi: Ana və oğlu öldü

Hazırda oxunan: Türkiyədə torpaq sürüşməsi: Ana və oğlu öldü

168348

Dekabrın 10-u gecə saatlarında Türkiyənin Zonquldak vilayətində baş verən torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb. Sürüşmə son günlər Türkiyə ərazisində yağan leysan yağışları səbəbindən baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, Zonquldak vilayətinin Əsma rayonunda ana və oğlu sel nəticəsində uçan ikimərtəbəli evin dağıntıları altında qalıb. Axtarış-xilasetmə əməliyyatları nəticəsində onların cəsədləri aşkar edilib .
Hadisə zamanı bir yaşayış binası və bir fərdi ev dağılıb, 21 nəfər yaralanıb. Yaralılardan altısının müalicəsi davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO