Oğuzdakı qəzanın təfərrüatları bilindi – VİDEO  

Oğuzdakı qəzanın təfərrüatları bilindi – VİDEO  

Hazırda oxunan: Oğuzdakı qəzanın təfərrüatları bilindi – VİDEO  

168347

Oğuzun Yaqublu kəndi ərazisində baş verən qəzanın təfərrüatları bilinib. İdarəetmədən çıxan yüngültutumlu avtomobildə 2 nəfər olub və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Oğuz-Kərimli-Yevlax avtomobil yolunda rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda 2 avtomobil aşıb, xəsarət alanlar var


Hadisə sərt döngədə nəqliyyat vasitəsinin idarəetmədən çıxması nəticəsində baş verib. Nəticədə avtomobildə olan iki nəfər, Kəlbəcər rayon sakini, 53 yaşlı Sadiq Əhmədov və Oğuzun Padar kənd sakin 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası xəsarət alanlara yerində ilkin tibbi yardım göstərib və hər iki yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra yaralıların vəziyyəti nəzərə alınaraq, həkimlər onların müalicələrini davam etdirməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilməsinə qərar veriblər. DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO