İranda neft emalı zavodunda YANĞIN - VIİDEO

İranda neft emalı zavodunda YANĞIN - VIİDEO

Hazırda oxunan: İranda neft emalı zavodunda YANĞIN - VIİDEO

168327

İranın şərqindəki Cənubi Xorasan əyalətində neft emalı zavodunda yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. 

Məlumata görə, insident yerli vaxtla saat 08:45-də Bircənd xüsusi iqtisadi zonasında yerləşən neftayırma zavodunda baş verib. Kondensat çənlərindən biri yanıb. 
Hadisə yerinə 3 yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını nəzarətə götürüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

Agentlik yanğının səbəbləri barədə məlumat verməyib. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO