Bakıda “Prius” yenə qəza törətdi: Dörd maşın... - FOTO 

Hazırda oxunan: Bakıda “Prius” yenə qəza törətdi: Dörd maşın... - FOTO 

168310

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Nəsib bəy Yusifbəyli küçəsində baş verib. 

Belə ki, Əliheydərzadə Natiq Mais oğlu “Toyota Prius” markalı maşını Heybətzadə Cavidan Cəmaləddin oğlunun idarəetməsində olan “Hyundai” markalı avtomobilə çırpıb. 

İdarəetmədən çıxan “Toyota Prius” qaz borusuna çırpılıb. 

Zədələnən boru yol kənarında dayanan “Toyota Rav 4” və “Mercedes” markalı maşınların üzərinə düşüb. 

Hər iki maşına ciddi ziyan dəyib. 

“Hyundai”da olan sərnişin, Yaqubov Sərvan Sədrəddin oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Qəza zamanı ümumilikdə dörd avtomobilə ziyan dəyib. 

Hadisə yerinə Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin təhqiqatçısı gəlib. 

Sürücülərin izahatı alınıb. 

Fakt araşdırılır. 


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO