Bağçaların bağlanmasında MÜƏMMA – İki dövlət qurumu niyə üz-üzə qaldı? 

Bağçaların bağlanmasında MÜƏMMA – İki dövlət qurumu niyə üz-üzə qaldı? 

Hazırda oxunan: Bağçaların bağlanmasında MÜƏMMA – İki dövlət qurumu niyə üz-üzə qaldı? 

16831

Təhsil naziri Emin Əmrullayevin bağçalarla bağlı son açıqlaması ictimaiyyətdə çaşqınlıq yaradıb. 

Qeyd edək ki, 3 gün əvvəl bağçaların bağlanması ilə bağlı mediada xəbərlər getdi.

Məlumatda aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyətinin dayandırılacağı bildirildi. Hətta qeyd olundu ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq bu barədə yerli icra hakimiyyətləri müvafiq sərəncam verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən məktəblər bağlanır - 4 şəhər və 1 rayonda 


Bir gün sonra isə Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında canlı yayımda sualları cavablandırarkən qarşıdakı günlərdə məktəbəqədər təhsil müəssisələrində fəaliyyətin dayandırılmayacağını bəyan etdi. 

İki rəsmi qurumun bir-birinə əks və təzad yaradan qərarı bu gün səhər saatlarından övladı bağçaya gedən valideynləri əməlli-başlı çaşdırıb. İşləyən valideynlər uşaqlarını bağçaya aparmaqda qərarsız qalıblar.

Bundan əlavə sosial şəbəkələrdə gedən məlumatlara görə, Bakıətrafı qəsəbələrdəki bəzi bağçalardan valideynlərə övladlarını gətirməmələri bildirilib.

Anomal vəziyyət hələ də başadüşülən deyil. Eyni zamanda məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olduğu halda,  bu qurumun rəsmi qərarının üzərindən  xətt çəkərək Təhsil nazirinin qərar verməsi müəyyən suallar yaradıb.

Bizim.Media məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər icra Hakimiyyəti ilə əlaqə yaradıb.

Qurumun mətbuat katibi İsrafil Kərimov məsələ ilə bağlı rəsmi qərar olarsa, cavab verəcəklərini bildirib.

İsrafil Kərimov hazırda bağçaların fəaliyyət göstərib-göstərməməsindən də xəbərsiz olduğunu deyib:

“Məlumatım yoxdur, işdə deyiləm”, deyə qurum rəsmisi əlavə edib. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə “Facebook” hesabında qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO