Ermənilərin dezinformasiylarının qarşısını necə almalı? - TƏKLİF

Ermənilərin dezinformasiylarının qarşısını necə almalı? - TƏKLİF

Hazırda oxunan: Ermənilərin dezinformasiylarının qarşısını necə almalı? - TƏKLİF

1682

Hərbi əməliyyatlar zamanı işğalçı Ermənistan ordusu tərəfindən, həqiqəti əks etdirməyən bəzən də şər-böhtan xarakterli, vətəndaşlarımızı təşvişə salan bilgilər, görüntülər yayılmaqda davam edir.

Bəs bu kimi informasiyaların yayılmasının qarşısını necə ala bilərik? Və ya bu məlumatların təxribat olduğunu ictimaiyyətin diqqətinə kütləvi şəkildə necə çatdıra bilərik?

İnformasiya və texnologiyalarının təhlükəsizliyi üzərə mütəxəssis Nicat Bayram Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu işdə bizə mobil operatorlar da kömək ola bilərlər:

“Yayılan hər bir dezinformasiya üçün istifadəçinin telefonuna smslər gödərilməlidir. Bu proses kütləvi şəkildə və hər an dezinformasiya yayıldıqca olmalıdır.

Düzdür, bunun biraz maliyyə tərəfi var. Dövlət mobil operatorlarla müqavilə imzalamalıdır. Çünki istifadəçiyə göndərilən hər bir sms maliyyə vəsaiti tələb edir.

Digər bir təklifim isə ondan ibarətdir ki, istifadəçinin telefonuna “push sms” göndərilsin. Bu kimi addımlardan sonra vətəndaşlarımız ermənilərin yaydığı məlumatlara, görüntülərə görə narahatlığı azala bilər”.

Mütəxəssisin ikinci bir təklifi isə KİV ilə bağlıdır:

“Say və agentliklərə daxil olub xəbəri oxumamışdan əvvəl açılan pəncərdə yayılan dezinformasiya haqqında məlumat əks olunsun. Və ya həmin pəncərədə Müdafiə Nazirliyinin təxribatın qarşısını alan elanı yerləşdirilsin”.



Fake xəbərlərdən söz düşmüşkən, bu günlərdə Azərbaycanın Milli Təhlükəsizliyinə qarşı yönəlmiş resurslara dair Məlumat Bazası da yaradılıb.

Bu günə kimi sayta 114 fake məlumatlar daxil olub. Bu məlumatlar şəxsi sosial şəbəkə istifadəçilərindən, “İnstagram”, Telegram”, “Facebook, “TİKTOK” sosial media hesabları üzərində paylaşılıb. Saytda həmin saxta səhifələrin linkləri qeyd olunub.

Fake.az saytının yaradılmasında məqsəd hərbi əməliyyatlar zamanı düşmən tərəfindən cəmiyyətə ötürülən dezinformasiyanın qarşısını almaqdır. Əhali “ajiotaj” yaradan və saxta hesab etdikləri bilgilərin linkini www.fake.az məlumat bazasına daxil edə bilərlər.

Həmçinin Telegram mobil tətbiqi vasitəsilə @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək olar.

Gülşanə Mustafayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO