Yeni ildə bir həftə iş OLMAYACAQ - QƏRAR  

Yeni ildə bir həftə iş OLMAYACAQ - QƏRAR  

Hazırda oxunan: Yeni ildə bir həftə iş OLMAYACAQ - QƏRAR  

168196

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. 

Bizim.Media xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. 

Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. 

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. 
Əmək Məcəlləsinə əsasən, bu il 31 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bazar gününə təsadüf etdiyi üçün 2024-cü il 3 yanvar qeyri-iş günü olacaq. 

Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. 

Bu il 30 dekabr və 2024-cü ilin 7 yanvarı isə iş günü olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO