Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 09.12.2023
Bəzi yerlərdə arabir yağış yağıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə arabir yağış yağıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə arabir yağış yağıb – FAKTİKİ HAVA
168182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.