Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq əsasında hərbi qulluqçuların dəyişdirilməsi prosesinin hansı şəraitdə keçirilməsi məlum olub.
Bizim.Media Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda olan 32 erməni əsilli hərbi qulluçu Bakıdan təyyarə ilə İrəvana aparılacaq. Azərbaycanın Ermənistanda olan 2 hərbi qulluqçusu (Hüseyn Axundov və Aqşin Bəbirov) isə həmin təyyarə ilə Bakıya gətiriləcək.
Qeyd edək ki, əsir mübadiləsi üzrə danışıqlar birbaşa aparılıb və vasitəçi olmayıb.
Məlumat üçün bildirək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər.
Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:04 / 08.12.2023
AZAL-ın təyyarəsi əsirlərimizi qaytarmaq üçün İrəvana uçacaq?
Hazırda oxunan: AZAL-ın təyyarəsi əsirlərimizi qaytarmaq üçün İrəvana uçacaq?
Hazırda oxunan: AZAL-ın təyyarəsi əsirlərimizi qaytarmaq üçün İrəvana uçacaq?
168078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.