Azərbaycanda sayı üç dəfə artan məişət zorakılığı hadisələrini törədənlərin çoxu işsizlərdir. Bunu dekabrın 6-da məişət zorakılığına dair keçirilən beynəlxalq konfransda Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.
Hakimin sözlərinə görə, 622 təqsirləndirilən şəxsdən 421 nəfəri (67,7 faizi) 25-45 yașında olan, yəni əmək potensiallı insanlardır.
Təqsirləndirilən şəxslərin 352 nəfəri (56,6 faizi) ümumiyyətlə işləməyən şəxslərdir, 239 nəfəri (38,43 faizi) fərdi qaydada işlərə cəlb olunanlar, 31 nəfəri (4,9 faizi) isə rəsmən iş yeri olan şəxslərdir.
Rəqəmlərdən də göründüyü kimi, 622 nəfərin az faizi işləyən şəxslərdir. Yarıdan çoxu isə işsizlikdən əziyyət çəkənlərdir. Onların çəkdiyi əziyyət isə məişətdə yaratdıqları narahatlıqla nəticələnir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu işsiz şəxslərin çarəsizliyinin buna səbəb olduğunu deyib:
“İnsanı ən çox tətikləyən şey çarəsizlikdir. Hər hansı hadisə, situasiya qarşısında çarəsiz qalan insanlar ən ağır aqressiv səviyyəyə çata bilirlər və daxili aqresiyalarını özlərindən asılı olmayaraq kənara yönəldə bilirlər. Ona görə də çarəsiz qalmaq müəyyən aqressiv reaksiyalar yarada bilir ki, bu da zorakılığa çevrilir”.
O, sosiallaşmamaq, cəmiyyətdən ayrı düşməyin rol oynamadığını bildirib:
“İşləməyən biri özü öz həyatını qazana bilmədiyi, sağlam şəkildə məsuliyyətlərini həyata keçirə bilmədiyi üçün özünü dəyərsiz, lazımsız hiss edir. O dəyərsizlik, lazımsızlıq duyğusu müəyyən situasiyalarla təsdiqlənir.
Adam evin hansısa xərc tələb edən məsələsi ortaya çıxanda işləmədiyi üçün onu həll edə bilmir. Çarəsizlik duyğusu daha da dərinləşir və insanın aqressiyasını artırır. Daxili aqressiya artdıqca psixoloji immunitet aşağı düşür və zorakılıq başlayır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 09.12.2023
Məişət zorakılığı törədənlərin əksəriyyəti işsizlərdir – SƏBƏBLƏR
Hazırda oxunan: Məişət zorakılığı törədənlərin əksəriyyəti işsizlərdir – SƏBƏBLƏR
Hazırda oxunan: Məişət zorakılığı törədənlərin əksəriyyəti işsizlərdir – SƏBƏBLƏR
168077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.