“Artıq seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik” – Xocalının DEPUTATI 

“Artıq seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik” – Xocalının DEPUTATI 

Hazırda oxunan: “Artıq seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik” – Xocalının DEPUTATI 

168062

Prezident İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamla fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. 

Qeyd edək ki, budəfəki seçkilər əvvəlkilərdən fərqli olaraq xüsusi əhəmiyyətə malikdir. Belə ki, müstəqillik dönəmində ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzurda da Prezident seçkiləri keçiriləcək.

“Artıq seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik”

Bizim.Media-nın Xocalıdan olan deputatı Elman Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, Prezident seçkilərinin bütün ərazilərimizdə keçirilməsi qürurverici haldır:

“Azərbaycan müstəqillik qazanandan sonra ilk dəfə olaraq Prezident, Parlament və Bələdiyyə seçkiləri bütün ərazilərimizdə keçiriləcək. Təbii ki, bu, bizi çox sevindirir. Biz artıq o seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik. Biz həmin ərazilərin sakinləri kimi səsverməyə gedə biləcəyik. İnşallah, seçkilər uğurla yekunlaşacaq”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO