Gəncə terrorunda valideynlərini itirən gənc ailə HƏYATI QURDU – FOTO 

Gəncə terrorunda valideynlərini itirən gənc ailə HƏYATI QURDU – FOTO 

Hazırda oxunan: Gəncə terrorunda valideynlərini itirən gənc ailə HƏYATI QURDU – FOTO 

168018

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ailə həyatı qurub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Lalə Azərtaş sosial şəbəkə hesabında məlumat verib.

“Gül ətirli cüməmiz mübarək. Bu gözəl gül qızımı, yəqin, xatırladınız. Sevil öz yarı ilə rəsmi nigaha girdi. Allah onları bir ömür boyu xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideyinin itirən Sevil və Hüseyinin öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. 
Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsimlərini görək. Bu özəl anınızı Lalə xala ilə (Sevilin dili ilə) bölüşdüyün üçün sağ ol, gözəl və ağıllı qızım. Öz qızlarıma arzuladığım bütün gözəllik və xoşbəxtlikləri, ən əsası sağlamlığı Sizə də arzulayıram”, - deyə Lalə Azərtaş bildirib.

Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb.

Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO