Qəbələdə evə basqınla bağlı bəzi təfərrüatlar AÇIQLANDI

Qəbələdə evə basqınla bağlı bəzi təfərrüatlar AÇIQLANDI

Hazırda oxunan: Qəbələdə evə basqınla bağlı bəzi təfərrüatlar AÇIQLANDI

167999

Ötən gün Qəbələ rayonunun Daşca kəndində qohumunun evinə maskalı basqın edən şəxs qaçarkən yıxılaraq xəsarət alıb və hazırda paytaxt xəstəxanalarından birində müalicə alır. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna adının çəkilməsini istəməyən Daşca kənd sakinləri məlumat verib.  

Xəbər verildiyi kimi dekabrın 6-da səhər saatlarında Qəbələ rayonunun Daşca kəndində maskalı naməlum şəxs evlərdən birinə daxil olaraq ev sahibini kəsici-deşici alətlə hədələyib, pul və qızıl-zinət əşyaları tələb edib.
Kənd sakinlərinin sözlərinə görə, maskalı şəxs rayonda “ORİON”marketin sahibi Yunis Həsənovun mənzilinə basqın edib. O, ailənin yaxın qohumu 35 yaşlı Rəşad Məmmədovdur. Maskalı şəxs evdə tək qalan qadının üstünə bıçaq çəkib, ona təzyiq göstərib.  

Hadisədən xəbər tutan sahibkar Yunis Həsənov iş yoldaşları ilə dərhal evinə gəlib. Bu zaman basqınçı ikimərtəbəli mənzildən qaçmaq istəyib və ikinci mərtəbədən özünü küçəyə atıb.

Nəticədə ağır bədən xəsarətləri alıb və elə oradaca Yunis Həsənov və digər şəxslər tərəfindən yaxalanaraq polisə təhvil verilib.   

DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rəşad Məmmədovun üzərindən 1 ədəd bıçaq, 1 ədəd maska, 2 cüt əlcək, 4 ədəd xamut, kapron corab aşkar olunaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində quldurluq maddəsi ilə cinayət işi başlanılıb, təhqiqat aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO