Gəncədə 38 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində vaş verib.
1985-ci il təvəllüdlü Səbuhi Abbasov bədənin kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu