Anasını öldürüb, azyaşlı qardaşını bıçaqlayan yeniyetmənin məhkəməsi başlayır

Anasını öldürüb, azyaşlı qardaşını bıçaqlayan yeniyetmənin məhkəməsi başlayır

Hazırda oxunan: Anasını öldürüb, azyaşlı qardaşını bıçaqlayan yeniyetmənin məhkəməsi başlayır

167951

Sumqayıtda anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Z.-nin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu il avqustun 21-də Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.
Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Ə.Z. (şərti ad) saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO