BİZİM TƏQVİM: 8 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 8 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 8 dekabrda baş vermiş tarixi hadisələr

167922

1989-cu ilin bu günündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib. Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılıb, Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməyə başlanılıb. Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı hücumları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənara çıxıb.

Bəs, dekabrın 8-də dünyada daha nələr olub?

1. 8 dekabr 1863-cü ildə Çillinin paytaxtı Santyaqoda kilsədə baş verən yanğında 2 mindən çox adam həyatını itirdi.

2. İlk işıqlı yol lampaları 1868-ci ilin 8 dekabrında Londonda quraşdırılıb.

3. 1953-cü ilin 8 dekabrında Türkiyə Milli Futbol Komandası İspaniya millisini məğlub edərək, Dünya Çempionatına vəsiqə qazandı.

4. 1980-ci ilin bu günü Nyu-York küçələrinin birində əfsanəvi “Beatles” qrupunun rəhbəri, 40 yaşlı Con Lennon qətlə yetirildi. Hadisəyə bir neçə saat qalmış onun qatili Mark Devid Çempen məşhur musiqiçidən avtoqraf almışdı. Üstündən illər keçsə də, bu cinayətin səbəbi hələ aydınlaşdırılmayıb. Qeyd edək ki, məhkəmə Çempeni ruhi xəstə hesab edib.

5. 8 dekabr 1987-ci ildə Fələstində Birinci İntifada Hərəkatı başladı. Bir yəhudinin sürdüyü yük maşınının İsraildə çalışan 4 fələstinli fəhləni aparan avtomobillə toqquşması və hadisə zamanı fələstinlilərin ölümünə etiraz olaraq başlayan nümayişlər qısa müddətdə bütün Fələstini bürüyən üsyan hərəkatına çevrildi. Fələstin xalqı bütün siyasi fərqliliklərini bir kənara buraxaraq İsrailin zorakılığına qarşı ortaq etiraz nümayişləri təşkil etdilər.

6. 1987-ci il 8 dekabrda ABŞ prezidenti Ronald Reyqan və SSRİ-nin başçısı Mixail Qorbaçov orta mənzilli nüvə silahlarının qarşılıqlı olaraq məhv edilməsi ilə bağlı razılığa gəldilər.

7. Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç Belojevski 1991-ci il dekabrın 8-də Puşadakı iqamətgahda SSRİ-nin dağıldığı barədə sənəd imzaladılar. Bundan sonra Rusiya, Ukrayna və Belorus dövlət başçıları tərəfindən qısa adı MDB olan Müstəqil Dövlətlər Birliyini qurduqları elan olundu.

8 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İlk azərbaycanlı epidemioloq, professor İsmayıl Axundov 1897-ci il dekabrın 8-də dünyaya göz açıb. O ixtisası ilə bağlı Konqo, Əlcəzair, Tunis və Nigeriyada malyariya və sarı qızdırma epidemiyaları ilə mübarizə aparıb. İsmayıl Axundov Azərbaycan Tibb Universitetində epidemiologiya kafedrasının qurucusudur.

2. Azərbaycanın tanınmış səhnə ustası, xalq artisti Mərziyyə Davudova 1901-ci ilin bu günü Həştərxanda anadan olub. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun rolunu bəyənib və Bakıya dəvət edib. M.Davudova həm də kino aktrisası kimi tanınır. (1901-1962)

3. SSRİ xalq artisti, “Karandaş” təxəllüsü ilə tanınan Mixail Rumyantsev 1901-ci ilin 8 dekabrında Sankt-Peterburqda dünyaya gəlib (1901-1983).

4. 8 dekabr 1909-cu İldə Xalq artisti Əjdər Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi teatrlarında çalışıb. 1939-cu ildən Akademik Dram Teatrının aktyoru olub.

5. 8 dekabr 1909-cu ildə Xalq artisti Nina Sarnatskaya (1909-1986) Bakıda doğulub. 1932-ci ildən Dövlət Rus Dram Teatrının aktrisası olub.

6. 8 dekabr 1914-cü ildə Xalq artisti Məmməd Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

7. 8 dekabr 1939-cu ildə Əməkdar artist, rejissor Rövşən Abdullayev (1939-1995) anadan olub. Sənədli televiziya filmləri çəkib.

8. 8 dekabr 1942-ci ildə Xalq artisti Elxan Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.

9. 8 dekabr 1946-cı ildə Xalq artisti, Dövlət mükafatı laureatı Vladimir Pletnyov (1946 – 21.2.1988) Göyçayda doğulub. Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

10. 8 dekabr 2021-ci ildə tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (8.8.1936 – 2021) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO