Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.
Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Beləliklə, 2024-cü il fevralın 7-si - çərşənbə günü qeyri-iş günü olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 07.12.2023
Gələn il fevralın 7-si qeyri-iş günü OLACAQ
Hazırda oxunan: Gələn il fevralın 7-si qeyri-iş günü OLACAQ
Hazırda oxunan: Gələn il fevralın 7-si qeyri-iş günü OLACAQ
167889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.