Bakıda daha güclü zəlzələ GÖZLƏNİLİRMİ? – AÇIQLAMA

Bakıda daha güclü zəlzələ GÖZLƏNİLİRMİ? – AÇIQLAMA

Hazırda oxunan: Bakıda daha güclü zəlzələ GÖZLƏNİLİRMİ? – AÇIQLAMA

167863

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.

Maraqlıdır, sözügedən zəlzələdən sonra güclü zəlzələ ola bilərmi? Ümumiyyətlə, bunu proqnozlaşdırmaq mümkündürmü?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekoloq, professor Çingiz İsmayılovun fikirlərini öyrənib. O bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri seysmik ərazi hesab edildiyi üçün burada zəlzələ baş verməsi təəccüblü hal deyil:

“İl ərzində bir neçə zəlzələ olur. Bu zəlzələlərin təsiri dənizdə hiss edilir. Güclü və ya orta güclü zəlzələdən sonra afteşoklar olur. Bu da təbii prosesdir. Zəlzələ barəsində kimsə proqnoz verirsə, bu cəfəngiyyatdır.

Kimsə deyirsə ki, bir gündən sonra heç nə olmayacaq və ya 10 gündən sonra zəlzələ olacaq, bunun heç bir elmi əsası yoxdur. Sadəcə seysmik ərazilər var və həmin ərazilərdə zəlzələlərin baş vermə ehtimalı yüksəkdir. Ancaq güclü zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil”.
Ekspert əlavə edib ki, güclü zəlzələni dəqiq proqnozlaşdıran adama Nobel mükafatı vermək lazımdır. Bəzi mütəxəssislər il ərzində mindən çox proqnoz verirlər, bir proqnoz təsadüfən tutanda həmin şəxsi reklam edirlər.

Seysmik ərazidə yaşadığımız üçün zəlzələlər olur və bu, yaxşı haldır. Mütəmadi zəif və ya güclü zəlzələlər olursa, enerji boşalır. Hansısa seysmik ərazidə illərdir zəlzələ olmursa, ehtimal etmək olar ki, nə vaxtsa orada güclü zəlzələ ola bilər”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO