Türkiyə vətəndaşı Göygöldə faciəvi şəkildə öldü

Türkiyə vətəndaşı Göygöldə faciəvi şəkildə öldü

Hazırda oxunan: Türkiyə vətəndaşı Göygöldə faciəvi şəkildə öldü

167839

 Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb. 

"Ağaçlı" yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Türkiyədən qayıdarkən dekabrın 5-də gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb, dekabrın 6-da səhər saat 8 radələrində iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO