BİZİM TƏQVİM: 7 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 7 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 dekabrda baş vermiş tarixi hadisələr

167799

7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin birinci iclası keçirilib. İlk iclasın Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (Füzuli adına Əlyazmalar İnstitutunun binası) təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Bəs, dekabrın 7-də dünyada daha nələr baş verib?

1.  1787-ci ildə Delaver ştatı ABŞ Konstitusiyasını təsdiq edən ilk ştat olub.

2.  1907-ci il. İngiltərəli Yugen Korri (1857-1933) boks tarixində ilk dəfə rinqdə hakimlik edən referi kimi tarixə düşüb. O, karyerası ərzində 2 mindən çox qarşılaşmada hakimlik edib.

3.  7 dekabr 1922-ci ilə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) yaradılıb.

4.  7 dekabr 1941-ci ildə Yaponiya Hərbi Dəniz Qüvvələri 353 təyyarə ilə ABŞ-ın Perl Harbor limanındakı donanmasına hücum edib. Hücum nəticəsində ABŞ ordusunun 2403 hərbçisi həlak olub. Bu, hücumun ertəsi günü ABŞ Yaponiyaya müharibə elan edib.

5.  1988-ci ilin 7 dekabr tarixindә Ermәnistanda 7,1 bal gücündә zәlzәlә baş verib. Tәbii fәlakәt nәticәsindә 25 mindәn çox adam hәlak olub, 150 min nәfәr xәsarәt alıb vә 400 min nәfәr evsiz qalıb.    

6.  7 dekabr 2017-ci ildə UNESCO Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyası “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Dekabrın 7-də bu şəxsiyyətlər xatırlanır:

1.  1875-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyski (1875-1920) anadan olub. Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına deputat seçilən Fətəli xan parlamentin iclaslarında çar hökumətinin müstəmləkəçilik siyasətini kəskin tənqid edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından olan Fətəli xan yeni qurulan respublikanın ilk Baş naziri, həmçinin daxili işlər, xarici işlər, ədliyyə, hərbi naziri vəzifələrində çalışıb. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedən Fətəli xan 1920-ci il iyunun 19-da erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.

2.  1956-cı ilin 7 dekabr tarixindә Türkiyә әdәbiyyatının incilәrindәn biri olan ‘‘Çalıquşu’’ romanının müәllifi Rәşat Nuri Güntekin 67 yaşında vәfat edib.

3.  7 dekabr 1947-ci ildə sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə (1947 – 27.8.2022) doğulub. Azərbaycan miniatür sənətinin görkəmli tədqiqatçısı,  “Təbrizin sehrli nağılları” kitabının müəllifidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi olub.

4.  7 dekabr 1950-ci illdə Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Sadıqov (1950 – 1.8.2018) anadan olub. “Mahirlər” ailə ansamblının yaradıcısı olub.

5. 7 dekabr 2010-cu ildə Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s.) bəstələnib.

6. 7 dekabr 2021-ci ildə tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Qara Məşədiyev (15.5.1939 – 2021) vəfat edib.

7. 7 dekabr 1986-cı ildə Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO