Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası müəyyənləşib

Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası müəyyənləşib

Hazırda oxunan: Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası müəyyənləşib

167792

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanunla daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşib.

Qanuna əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər.
Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO