Ömürlük həbs cəzası almış əsirin ANASI – “Yəqin, bilirmiş ki, son məktubunda hamıdan hallallıq istəyib”

Ömürlük həbs cəzası almış əsirin ANASI – “Yəqin, bilirmiş ki, son məktubunda hamıdan hallallıq istəyib”

Hazırda oxunan: Ömürlük həbs cəzası almış əsirin ANASI – “Yəqin, bilirmiş ki, son məktubunda hamıdan hallallıq istəyib”

167745

Xəbər verildiyi kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Belə ki, Zəngəzur mis-molibden zavodunda (ZMMZ) mühafizəçini qətlə yetirməkdə təqsirləndirildiyi iddia olunan və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası qanunsuz olaraq ömürlük həbslə əvəz edilib.

Ermənistanda 9 aydır əsir saxlanılan hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova Bizim.Media-ya açıqlamasında oğlunun 23 noyabrdakı son məktubunda hamıdan hallalıq istədiyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın növbəti həyasızlığı: Əsir düşən Hüseyn Axundovun cəzası ömürlük həbslə əvəz edildi


“Son məktubunu o günlərdə almışıq, hər kəsdən, kimin bizdə haqqı var, hamıdan bir-bir, adbaad hallalıq istəyib. Bu uşaq, bəlkə də bilirmiş ki, belə bir məktub yazıb. Bizi son dəfə də adi zənglə danışdırdılar, ondan üç gün sonra da videosu gəldi, baxdıq. Çox könülsüz danışırdı, məktubu da gəldi. Məktubunda ona bir tikə çörək verən şəxslərdən, işlədiyi yerlərdən hamısından halallıq almağımızı istəyib”.

Ana yenidən çağırış edərək oğlunun azad olunmasını istəyib:

“Bir ana fəryad, üsyan edir. Mən məcbur olacağam, özümə od vurub yandıracağam. Daha dözümüm qalmayıb, gözümün qabağında balamın işini günahsız yerə ömürlüyə çevirdilər. Biz analar 8 ayda çökmüşük. Mən xəstəyəm, balamın dərdi məni bu günə qoyub, öldürüb”.

Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.

Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO