Yevlaxın həbsdə olmuş sabiq icra başçısı vəfat etdi

Yevlaxın həbsdə olmuş sabiq icra başçısı vəfat etdi

Hazırda oxunan: Yevlaxın həbsdə olmuş sabiq icra başçısı vəfat etdi

167708

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov ötən axşam evində vəfat edib.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.
Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkib. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO