Yevlaxda uşağı siçan dişləyib - VİDEO

Yevlaxda uşağı siçan dişləyib - VİDEO

Hazırda oxunan: Yevlaxda uşağı siçan dişləyib - VİDEO

167694

Yevlaxda 4 yaşlı uşağı siçan dişləyib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Hürüaşağı kəndində qeydə alınıb.

Kənd sakini, uşağın valideyni Nuranə Şabanova iddia edib ki, gecə saatlarında uşaq ağlayaraq yuxudan oyanıb. Daha sonra ana övladının burnunun yaralandığını görüb.

Kənd sakini bildirib ki, yaşadıqları ev köhnə olduğundan orada siçovullar çoxdur. Hətta onun 7 yaşlı qız övladına da zərər yetiriblər. Zərərvericilərdən qorunmaq üçün onlar mənzilin müxtəlif yerlərinə xüsusi vasitələr qoyaraq siçanları məhv etməyə çalışırlar.
Məsələ ilə bağlı Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, siçan dişləməsi ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Kənd sakini vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etməlidir və ziyanvericilərə qarşı tədbirlər görülməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO