Türkiyədə hərbçilərimizin iştirak etdiyi təlimdə şərti dəniz minaları zərərsizləşdirildi – FOTO  

Türkiyədə hərbçilərimizin iştirak etdiyi təlimdə şərti dəniz minaları zərərsizləşdirildi – FOTO  

Hazırda oxunan: Türkiyədə hərbçilərimizin iştirak etdiyi təlimdə şərti dəniz minaları zərərsizləşdirildi – FOTO  

167557

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib. 

Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib. 

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir. 

Təlimlər sabah, dekabrın 6-da başa çatacaq. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO